"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçuda “Milli Qurtuluş Günü” qeyd edildi

--2017-06-13 / 18:19

Sabunçu Rayon icra Hakimiyyətinin inzibati binasında “15 iyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının rəsmiləri, RiH Aparatının məsul əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı Sabunçu RiH yayıb.

Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək “15-iyun Milli Qurtuluş Günü” münasibətilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. A.Vəliyev bildirdi ki, Azərbaycanın müasir tarixi ümummilli lider Heydər əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər ümummilli lider Heydər əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. A.Vəliyev məhz Ulu Öndər Heydər əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtulduğunu, uğurlu gələcəyin təməlinin qoyulduğunu və ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırdı.

Sonra Rayon Məhkəməsinin sədri ilqar Abbasov, Rayon Prokuroru Ceyhun şirinov, Müharibə və əmək əlilləri üçün Pansionatın direktoru Qətibə əsədova, 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov və 192 nömrəli tam orta məktəbin direktoru Hüseynqulu əliəsgərov çıxış edərək Ulu Öndər Heydər əliyevin hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışdığını, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırdığını, doğma Vətənini hər yerdə ləyaqətlə təmsil etdiyini bildirərək bu tarixi qayıdışı Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdiyini vurğulayıblar.

Belediyye.info

ŞƏRHLƏR